• Laz börəyi resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 16171

Tarix : 8.08.2014, 23:54

Bölmə : Şərbətli şirniyyatlar, Video reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
30 ədəd hazır paxlava yuxası
250 q kərə yağı
qara istiot

Krem:
3 yumurtanın sarısı + 1 yumurta
1 litr süd
2 x.q. un
2 x.q. nişasta

Şərbət:
2 st. şəkər tozu
2 st. su
1 x.q. limon şirəsi

Hazırlanması:
Şərbət:
Suya şəkər tozu əlavə edin, qarışdırıb qaynadın, qaynara düşəndə limon şirəsi əlavə edin, ocaqdan götürün.

Krem:
Südü qaynamağa qoyun. Un, nişasta, 3 yumurtanın sarısı və bir bütöv yumurtanı əlavə edib qarışdırın. Qaynar süddən çömçə ilə götürərək əlavə edin, dayanmadan qarışdırın ki, yumurta bişməsin. Südün hamısını bu qarışığa hissə-hissə əlavə edib qarışdırın. Sonra kütləni təkrar qazana tökün. Qarışdıraraq qatılaşanadək bişirin.

Böreyi bişirəcəyiniz sinini kərə yağı ilə yağlayın.

Lavaşları bir-bir içinə düzərək ərinmiş kərə yağı ilə yağlayın (bol sürtmək lazım deyil). 15 yuxadan sonra hazırladığınız kremi üzərinə bərabər qaydada yayın. Üzərinə qara istiot səpin. Sonra üzərinə daha 15 yuxanı yağlayaraq üst-üstə qoyun. Sonuncu yuxanın da üzərini yağlayın.

Çox iti bıçaqla kvadratlara doğrayın.

180 dərəcə qızdırılmış sobada üzəri qızarıncayadək bişirin.

Hazır olduqdan sonra soyuq şərbəti üzərinə gəzdirin.



Nuş olsun!

Etiketlər: əlavə, üzərinə, qarışdırın, yağlayın, sonra, şirəsi, Sonra, hissə, limon, qoyun, bişirin, şəkər, sarısı, yumurtanın, istiot, nişasta, yumurta, qaydada, sürtmək, yayın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
emis
pis deyil bilirem bunnan yemisem
9 avqust 2014 17:07
1
BİZİ İZLƏYİN