• Darçın və qoz ilə kök tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 770

Tarix : 17-11-2019, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta — 4 ədəd.
Bitki yağı — 1¼ stəkan.
Şəkər — 2 stəkan.
Un — 2 stəkan.
Soda — 2 ç.q.
Qabartma tozu — 2 ç.q.
Duz — ½ ç.q.
Darçın üyüdülmüş — 2 ç.q.
Kök — 4 ədəd.
Qoz — 1 stəkan.
Kərə yağı — ½ stəkan.
Krem pendiri — 230q
Şəkər pudrası — 4 stəkan.
Vanil ekstraktı — 3 ç.q.
23-25 sm forma lazım olacaq.

Hazırlanması:
Sobanı 175 dərəcəyə qədər isidin. Formaya yağ çəkin. Kökü sürtkəcdən keçirdin (xırda), 3 stəkan alınmalıdır. Yumurta, kərə yağı, şəkər və 2 ç.q. vanil ekstraktı qarışdırın, çalın. Sonra un, darçın, soda və qabartma tozu əlavə edin. Ən sonda kök və xardalanmış qoz əlavə edin. Sobada 40-50 dəqiqə bişirin. Formadan çıxartmamışdan öncə soyudun.
Krem üçün kərə yağı, krem pendir, şəkər pudrası və vanili qarışdırın. Çalın. Kremlə piroqu bəzəyin, üzərinə qoz tökün.

Nuş olsun!
Etiketlər: stəkan, pudrası, əlavə, Yumurta, ekstraktı, şəkər, qarışdırın, Şəkər, dəqiqə, Sobada, xardalanmış, qabartma, darçın, bişirin, sonda, soyudun, piroqu, bəzəyin, üzərinə, tökün
BİZİ İZLƏYİN