• Göy qurşağı tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 463

Tarix : 20-10-2014, 10:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Rəngləndiricilər:

1-2 x.q. çuğundur şirəsi
1 x.q. yerkökü şirəsi
1 yumurtanın sarısı + 1 x.q. süd
1 x.q. ispanaq şirəsi
1 x.q. qaragilə şirəsi
1 x.q. böyürtkən şirəsi

Xəmir üçün:
3,5 st. un
2 ç.q. qabartma tozu
0,5 ç.q. soda
1,75 st. şəkər tozu
75 q kərə yağı
1,5 x.q. bitki yağı
2 yumurtanın ağı
1,5 st. süd
0,5 st. yağsız sadə yoqurt
2,5 ç.q. vanil

Qaymaqlı krem üçün:
3,75 st. şəkər pudrası
110 q kərə yağı
1 ç.q. vanil
3 x.q. süd

Qaymaqlı qlazur üçün:
2 st. yağlı qaymaq
1/4 st. şəkər pudrası
1/8 ç.q. duz
1 ç.q. vanil

Hazırlanması:
Təbii rəngləndirici almaq üçün ispanaq, yerkökü və çuğundurun şirəsini sıxın (qaynanmış çuğundurun suyu da olar). Əgər qaragilə və böyürtkən dondurulmuş haldadırsa, mikrodalğalı sobaya qoyun, şirəsi çıxacaq.
Göy qurşağı tortu resepti - FOTO RESEPT


Otaq temperaturunda olan kərə yağını şəkər tozu və bitki yağı ilə çalın. Yumurta ağlarını əlavə edin, sonra yenidən möhkəm çalın. Vanil, süd, yoqurt, un, qabartma tozu və soda əlavə edib çalın.

Xəmiri 6 formaya paylaşdırın, hər birinə rəngləndirici qatın: 2 x.q. çuğundur şirəsi; 1,5 x.q. yerkökü şirəsi, 1 yumurta sarısı+1 x.q. süd, 1 x.q. ispanaq şirəsi, 1 x.q. qaragilə şirəsi və 1 x.q. böyürtkən şirəsi.
Göy qurşağı tortu resepti - FOTO RESEPT


Hər rəngdən olan korju 175 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü ilə yoxlayın. Formada 5 dəqiqə soyudub sonra çıxarın.
Göy qurşağı tortu resepti - FOTO RESEPT


Krem üçün olan ərzaqları bir neçə dəqiqə, eynicinsli kütlə alınanadək çalın.

Qlazur üçün qaymağı şəkər tozu və duzla mikserin orta sürətində qabarınca çalın. Vanil əlavə edin.

Aralarına krem çəkməklə korjları üst-üstə düzün. Qlazuru tortun üzərinə və yanlarına çəkin. Zövqə görə bəzəyin.
Göy qurşağı tortu resepti - FOTO RESEPT

Göy qurşağı tortu resepti - FOTO RESEPT

Göy qurşağı tortu resepti - FOTO RESEPT

Göy qurşağı tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şirəsi, çalın, şəkər, qaragilə, böyürtkən, vanil, ispanaq, əlavə, dəqiqə, yerkökü, pudrası, Qaymaqlı, Vanil, sonra, rəngləndirici, çuğundurun, sarısı, yumurtanın, çuğundur, yoqurt
BİZİ İZLƏYİN