• Qarağat tortu resepti

Reseptin məlumatları Baxış sayı: 16 509

Tarix : 21-11-2014, 10:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q qatıq
250 q qarağat mürəbbəsi
110 q şəkər tozu
1 ç.q. soda
3 yumurta
310 q un
250 q yağlı xama (25%-dən çox)
210 q şəkər pudrası
bəzək üçün marmelad

Hazırlanması:
Yumurtanı şəkərlə çalın, mürəbbə, qatıq əlavə edib yaxşıca qarışdırın. Soda ilə qarışdırılmış un əlavə edin. Cəld xəmir yoğurub yağlanmış siniyə tökün. 220 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü və ya kibrit çöpü batırmaqla yoxlayın. Əgər çöp təmiz qalırsa (ona xəmir yapışmırsa), deməli, biskvit bişib. Onu formadan çıxarıb soyudun.
Krem üçün: yaxşıca soyudulmuş xamanı şəkər pudrası əlavə edə-edə qatılaşana qədər çalın.
Korju iki hissəyə bölun. Arasına krem çəkin. Üstünü və kənarlarını krem, qarağat mürəbbəsi və marmeladla bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, xəmir, çalın, pudrası, yaxşıca, qarağat, mürəbbəsi, qatıq, çıxarıb, formadan, soyudun, soyudulmuş, xamanı, bişib, biskvit, təmiz, qalırsa, yapışmırsa, deməli
BİZİ İZLƏYİN