• Göy qurşağı tortu resepti

Reseptin məlumatları Baxış sayı: 11386

Tarix : 1.11.2015, 20:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 fincan toz şəkər
4 fincan un
1 fincan nişasta
4 ədəd yumurta
2 yemək qaşığı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
3 yemək qaşığı qaynar su
Göyquşağı rənglərində qida boyası

Kremi üçün:
250 qram marqarin
80 qram şəkər tozu
1 litr süd
½ paket vanil
70 qram nişasta
80 qram pudra şəkəri

Hazırlanması:
Yumurta ağlarını krem şanti formasına gələnə qədər çırpın.
Şəkərin yarısını əlavə edin, şəkər əriyincəyə qədər çırpmağa davam edin.
Yumurta sarılarını qalan şəkər və qaynar su ilə şəkəri qarışdırın, 6-7 dəqiqə çırpın.
Şəkər əridiyi zaman yağı əlavə edin və çırpın.
Yumurta ağı və sarıları ilə toz vəsaitləri də əlavə edin və çox az çırpın.
Fərqli qablarda qida boyalarıyla qarışdıraraq istədiyiniz rəngləri əldə edin.
Unlanmış və yağlanmış qəlibə tökün.
Əvvəldən isidilmiş 180 dərəcə sobada batırdığınız diş çöpləri təmiz çıxana qədər istədiyiniz rəngləri ayrı-ayrı bişirin.
Daha sonra krem üçün şəkər, nişasta və südü qarışdıraraq bişirin.
Marqarin, pudra şəkəri və vanil birlikdə qarışdıraraq bəyazlaşdırın.
Ilıqlaşdırılan kremə az az töküb 10-15 dəqiqə çırpın.
Soyuducuda bir gecə saxlayınn.
Sobadan çıxardıb soyutduğunuz hər rəng qatının arasına krem sürərək birləşdirin.

Nuş olsun!

Etiketlər: çırpın, şəkər, Yumurta, şəkəri, fincan, qarışdıraraq, vanil, əlavə, qədər, nişasta, paket, yemək, bişirin, dəqiqə, qaynar, pudra, rəngləri, qaşığı, istədiyiniz, çöpləri
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica