• Möcüzə tortu resepti

Reseptin məlumatları Baxış sayı: 41002

Tarix : 20.06.2014, 02:47

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Biskvit üçün:

4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un

Korj üçün şirə:
130 qram şəkər tozu
120 ml su
1 x.q. konyak

Süfle üçün:
300 ml qaymaq (33%)
1,5 stəkan şəkər pudrası
20 qram jelatin

Şokolad şirəsi üçün:
2 x.q. xama
50 qram kərə yağı
3 x.q. şəkər tozu
2-3 x.q. kakao

Tortu bəzəmək üçün:
0,5 stəkan qoz ləpəsi
50 qram şokolad

Hazırlanması:
Biskviti hazırlayıb, sobada bişirin. Sonra biskvit korjunu forma qabından çıxarıb, 8-12 saat müddətində kənara qoyun. Sonra korju iki hissəyə bölüb, hər iki korjun üzərinə hazırladığınız şirəni çəkin.
Sufle hazırlamaq üçün:
1 stəkan südün içinə jelatini töküb, 1 saat ərzində köpənə qədər saxlayın. Sonra odun üstünə qoyub, jelatin tam həll olunana qədər bişirin. Çalışın qaynatmayasız.
Soyudulmuş qaymağı şəkər pudrası ilə yaxşıca çalıb, üstünə bişmiş jelatini əlavə edərək, qarışdırın.
Yumru forma qabına korjun birini yerləşdirib, üstündən sufleni tökün. Sonra suflenin üstündən ikinci korju qoyun. Tortu 2 saat müddətində soyuducuda saxlayın. Sufle donan kimi, tortu soyuducudan çıxarıb, üstünə hazırladığınız şokoladlı şirəni tökün.
Şokoladlı şirəni hazırlamaq üçün:
Qazanın içinə xama töküb, üstünə kərə yağı, şəkər tozu və kakao əlavə edib, vam odda şəkər tozu həll olunana qədər bişirin. Sonra bişmiş şokoladlı şirəni soyumaq üçün kənara qoyun. İstəsəniz, şokoladlı şirə əvəzinə qazanda şokoladı əridib, üstünə süd və bir parça kərə yağı əlavə edin.
Tortu bəzəmək üçün:
Qoz ləpəsini blenderdən keçirib, sürtkəcdən narınlaşdırılmış şokoladla qarışdırın.
Tortun üstünə və kənarlarına şokoladlı şirə çəkin. Sonra üstündən qoz ləpəsi ilə qarışdırılmış şokoladı səpin.
Tortu süfrəyə verərkən, üstünü qoz ləpəsi ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, Sonra, üstünə, stəkan, Tortu, şirəni, şokoladlı, qoyun, bişirin, qədər, ləpəsi, üstündən, əlavə, tökün, çəkin, hazırladığınız, korjun, şokoladı, korju, Sufle
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ulduz
maraqli resepti ..cox sevirem tortlari
26 iyun 2015 18:34
7
Hərçənd ki, indiki zamanda heç kəs qızının olmasını arzulamır. Böyük əksəriyyət oğlu olmasının xəyalını qurur, amma düşünmürlər ki, o oğlu da dünyaya gətirən bu günün istəmədikləri qızı, sabahın ANAsıdır.
Offline
lolita
DADLI GORNUNUR
30 dekabr 2014 16:46
6
Offline
Wappuw
hmmdadli gorunur 01
20 dekabr 2014 02:22
5
Offline
Svetoklana
Dadlı gorunur127
29 noyabr 2014 02:37
4
Offline
melek5
nam-nam-nam yemisem mende bu tortdan anamin eline sagliq hazirlamisdi 127 twkler 01
21 iyun 2014 15:12
3
Offline
deniz_666
bu tortdan yenisem anam pisirmisdi 127
20 iyun 2014 18:42
2
Offline
feride 23
terkibinde konyak var menlik deyil
20 iyun 2014 15:15
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN