Tərkibi:1 ədəd kakaolu hazır keks
1 qutu krem şanti
1 paket vanilli kremole (çırpılaraq hazırlanan hazır puding)
2 ədəd banan
1 paket negro peçenye
1 ədəd üçü biryerdə qəhvə
Krem üçün süd
Üzəri üçün meşə meyvəli sous
Hazırlanması:Keksi 8 bərabər hissəyə kəsin.
Parçalardan biri kvadrat formada doğranılır.
Krem şanti 1 su stəkanı soyuq süd ilə çırpılır.
Eyni qabın içinə 2 su stəkanı soyuq süd əlavə edilir və kremole əlavə edilərək çırpmağa davam edilir.
Əmələ gələn kremə doğranmış banan və 3-5 hissəyə qırılmış neqro peçenyelər və də kvadrat kvadrat doğranmış kekslər əlavə edilir.qarışdırılır.
Keks servis boşqabına qoyulur.
Süd ilə qarışdırılmış qəhvə ilə isladılır.
Ortasına tam olacaq kənarda boşluq buraxaraq kremlə doldurulur.
Bu kremin üzərinə üçbucaq haldaki kekslərimiz qəhvə ilə isladaraq yan yana düzülür.
Çox sıxmayın.
Ücbucaqlar aşağı hissədə birləşdirilir lakin təpə hissəsi aralı qalmalıdır.
Meşə meyvəli sous reseptə görə bişirilib soyudulur.
Və tortun üzərinə tökülür.
Nuş olsun!
Etiketlər: kvadrat, qəhvə, əlavə, edilir, kremole, banan, hissəyə, stəkanı, doğranmış, soyuq, paket, üzərinə, meyvəli, hazır, şanti, kənarda, tökülür, boşluq, tortun, buraxaraq