• Qarlı Praqa tortu resepti

Reseptin məlumatları Baxış sayı: 32369

Tarix : 14.08.2014, 15:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Korj:

4 yumurta
2 st. şəkər tozu
400 q xama
400 q qatılaşdırılmış süd
1 ç.q. soda
3 st. un

Krem:
4 yumurtanın sarısı
500 ml süd
1 st. şəkər tozu
2 x.q. un (üstsüz)
2 x.q. nişasta (üstsüz)
100 q kərə yağı
1 q vanilin
albalı cemi

Qlazur:
200 q qara şokolad
100 ml süd
100 q kərə yağı

Bəzək:
beze
kokos yonqarı
şəkərli muncuqlar

Hazırlanması:
Korjlar:

Yumurtaları şəkər tozu və xama ilə çalın.

Qatılaşdırılmış süd və limon şirəsində söndürülmüş soda əlavə edin.

Un əlavə edib yaxşıca qarışdırın.

Xəmiri iki yerə bölün. 180-200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

Krem:
Yumurta sarılarını şəkər tozu ilə çalın.

Un və nişastanı əlavə edin, lopa qalmasın deyə yaxşıca çalın.

Südü qızdırın, yumurta-un qarışığını əlavə edin. Vam odda daim qarışdıraraq bişirin. Qatılaşanda, üzərində iri qabarcıqlar əmələ gəlib vulkan kimi partlayanda götürün.

Soyudun, vanil və yumşaldılmış kərə yağı əlavə edib çalın.

Korjları iki yerə bölün. Hər 4 korja bolluca krem çəkib üst-üstə yığın. Otaq temperaturunda 2 saat saxlayın. Bir gecə soyuducuda saxlayın.

Səhəri gün tortun kənarlarını bıçaqla kəsib hamarlayın.

Albalı cemini qızdırın, tortun üstünə və kənarlarına çəkin.

Qlazur:
Südü qızdırıb içində şokoladla yağı əridin.

Tortun hər tərəfinə qlazur çəkin.

Üzərini beze, kokos yonqarı və şəkərli muncuqlarla bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, çalın, şəkər, saxlayın, şəkərli, çəkin, qızdırın, bişirin, tortun, yaxşıca, kokos, bölün, yonqarı, üstsüz, qlazur, yumurta, yumşaldılmış, vanil, Soyudun, Səhəri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ayselsevmaz
Qeseg gorumur ancaq dadini bilmirem :')
6 dekabr 2014 19:36
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN