• Eskimo tortu resepti

Reseptin məlumatları Baxış sayı: 12 766

Tarix : 9-04-2017, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
xəmir üçün:
4 yumurta (sarısı ağından ayrılır)
1 stəkan şəkər tozu
10 x.q soyuq su
2 x.q tünd kakao
0.5 ç.q soda
1 stəkan un
1 ç.q vanil

krem üçün:
1 stəkan şəkər tozu
3 x.q dolu un
2 yumurta
vanil
1 stəkan isti süd
250 q kərə yağı

qlazur üçün:
2 x.q şəkər tozu
2 x.q kakao
2 x.q xama
50 q kərə yağı

Hazırlanması:
XƏMİR- Əvvəlcə yumurtaları sarısını ağından ayırırıq. Ağını kənarda yaxşıca çalırıq. Sarısını isə şəkər tozu ilə yaxşıca çalırıq, tərkibində şəkər qalmayana qədər, şəkər tam ərisin. Sonra bu qarışıma yarım çay qaşığı soda,10 xörək qaşığı soyuq su, vanil, 1 xörək qaşığı tünd kakao əlavə edib qarışdırırıq. Kənarda çaldığımız yumurtanın ağını da bu qarışıma asta asta qarışdıra qarışdıra əlavə edirik. Sonra bura ələnmiş unumuzu əlavə edib yenidən səliqəylə qarışdırırıq.

Bişirəcəyimiz soba qabını yağlayıb xəmiri ora tökürük, gərək xəmir hər tərəfinə eyni qaydada hamar yayılsın. Sonra qabı bir neçə dəfə ehtiyatla stola çırpırıqki içərisindəki hava qabarcıqları üzünə çıxsın, 180 dərəcədə 30-40 dəq bişiririk.

KREM- 2 yumurtanı bir qaba qırırıq, üzərinə 1 stəkan şəkər tozu və 3 xörək qaşığı ələnmiş un əlavə edib mikserlə yaxşıca çalırıq. Sonra bura 1 stəkan isti süd əlavə edib vam odda qazın üzərində qarışdıra qarışdıra bişiririk. Dayanmadan qarışdırırıq, (qaynamada ilk qabarcıq çıxanda 1 dəq də qarışdıra qarışdıra odda qalsın) sonra altını söndürün. Sonra tamamilə sərin yerdə qoyun. Ayrı qabda vanille yumşalmış kərə yağını qarışdırıb soyumuş kremə qaşıqla əlavə edib yenidən qarışdırın tam tərkibinə qarışsın.

QLAZUR- 2 xörək qaşığı şəkər tozu ilə 2 xörək qaşığı kakaonu qarışdırın və bura 2 xörək qaşığı xama əlavə edin yenə qarışdırın. Sonra bu qarışımı vam odda qazın üstünə qoyub qaynayana qədər dayanmadan qarışdırın. Qaynayandan sonra altını söndürüb yumşalmış kərə yağını ora əlavə edib yenə qarışdırın yağ içərisində tam ərisin qarışsın. Və bir müddət isti yerdə qalsın.

İndi isə keçək tortumuzun son hazırlıq işlərinə, soyumuş keksin üzərinə kremin hamsını əlavə edib 30 dəq soyuducuya qoyuruq. Sonra soyuducudan çıxarıb üzərinə qlazuru da əlavə edib yenidən soyuducuya qoyuruq.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qaşığı, Sonra, qarışdıra, stəkan, xörək, qarışdırın, qarışdırırıq, yaxşıca, üzərinə, kakao, yenidən, vanil, çalırıq, xəmir, qarışıma, yumşalmış, qarışsın, soyumuş
BİZİ İZLƏYİN