Tərkibi:3 ədəd yumurta sarısı,
50 qr şəkər tozu,
2 x.q. süd,
70 qr un,
1 paket qabartma tozu
Orta qat üçün:Sufle,
3 ədəd yumurtanın ağı,
80 qr şəkər tozu,
100 qr yağ,
150 qr qatılaşdırılmış süd,
20 qr jelatin,
1 st su
Üst qat üçün:10 qr jelatin,
50 qr şokolad,
yarım stəkan süd
Hazırlanması:Əvvəlcə jelatini suda isladıb, kənara qoyuruq.
Biskiviti (alt qatı) hazırlamaq üçün yumurtanın sarısını, şəkər tozu və südü mikserlə yaxşıca çalırıq. Şəkər tam həll olunandan sonra üzərinə qabartma tozunu və unu əlavə edərək qarışdırırıq. Soba qabına töküb 150 dərəcədə 15-20 dəqiqə bişiririk.
Alt qat bişənə kimi sufleyi hazırlaya bilərsiniz.
Sufle (Orta qat) üçün yumurtanın ağını 1 çimdik duzla mikserlə çalırıq. Daha sonra üzərinə 80 qr şəkər tozunun yarısını (40 qr) tökərək mikserlə yaxşıca çalıb, kənara qoyuruq.
Yağı qatlaşdırılmış südlə qarışdıraraq krem hazırlayırıq.
Əvvəlcədən islatdığımız jelatinin üzərinə 80 qr şəkər tozunun digər yarısını (40 qr) tökərək qazın üstünə qoyuruq. Şəkər əriyəndən sonra qazdan götürürük. Yavaş-yavaş yumurtanın ağından hazırladığımız qarışıma əlavə edib, yaxşıca qarışdırırıq. Üzərinə daha əvvəl hazırladığımız kremi də töküb, mikserlə çalırıq.
Bişirdiyimiz biskiviti qabın alt hissəsinə qoyub üzərinə hazırladığımız sufleni tökürük. Soyuducuda 3 saat saxlayırıq.
Qlazur (üst qat) üçün kim istəsə qlazur hazırlayıb tökə bilər. Mən şokoladın üzərinə süd əlavə edib, vam odda qazda əritdim. Üzərinə jelatin əlavə edirik ki, tez bərkisin (əgər gözləməyə kifayət qədər vaxtınız varsa bunu etməyə də bilərsiniz).
Son olaraq hazırladığımız qlazuru suflenin üzərinə töküb, yenidən soyuducuda 1 saat gözlədirik.
Üzərini mandarin dilimləri ilə bəzəyib, süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, mikserlə, əlavə, hazırladığımız, yumurtanın, sonra, qoyuruq, yaxşıca, çalırıq, jelatin, töküb, bilərsiniz, tökərək, Üzərinə, Şəkər, tozunun, yarısını, qarışdırırıq, Sufle