• Göbələk sousu resepti

Reseptin məlumatları Baxış sayı: 4852

Tarix : 14.10.2018, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun




Tərkibi:
200 qr. göbələk
1 x.q. xama
1 baş soğan
100 ml. yağlı qaymaq
kərə yağı
duz
istiot
tmin (şəkildə üstünə səpdiyim, zirə)

Hazırlanması:
1.Baş soğan xırda kəsilir. Tavaya biraz kərə yağı əlavə olunur və qızdırılır. Soğan yağda rəngi dəyişənə kimi qızardılır.
2.Göbələk orta tikələrə doğranılır və soğanın yanına əlavə olunur. Bir yerdə qovrulur. Göbələk hazır olanda atəşin üstündən götürürük.
3.Göbələkli soğan qarışımı blemdor qabına qoyulur elə ora xamanı əlavə edirik və ədviyyatları səpirik. Blendordan keçirdirik.
4.Qalın və dərin balaca qazanın içinə bu qarışımı qoyuruq. İçinə soyuq qaymaq əlavə edirik.
5.Az atəşdə bu qarışımı qarışdıra qarışdıra bişiririk.
Sous qatışmalıdır. Sousun qatı və ya duru olmağı sizdən asılıdır, qaymağı azaldıb çoxalda bilərsiniz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, soğan, qarışımı, edirik, qarışdıra, qaymaq, Göbələk, olunur, dərin, qazanın, Qalın, balaca, səpirik, qoyulur, qabına, xamanı, ədviyyatları, Blendordan, içinə, keçirdirik
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN