• Mayonez resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 31 164

Tarix : 22-06-2015, 14:00

Bölmə : Souslar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 iri (yaxud 4 ortaboy) yumurtanın sarısı
300-400 ml rafinə edilmiş bitki yağı
1 ç.q. xardal
1-2 ç.q. 9%-li sirkə
1 çimdik duz
1 çimdik şəkər tozu

Hazırlanması:
Yumurtanın sarılarını ağlarından ayırıb 1 çimdik duz və şəkər tozu əlavə edib mikserlə eynicinsli kütlə halına gələnədək yüngülcə çalın. 1 ç.q. sirkə qatın, qarışdırın, yarım çay qaşığı xardal qatıb orta sürətlə çalın.
Çalmağı dayandırmadan nazik axınla bitki yağını əlavə edin. Yağı az-az əlavə edin, hər dəfə tam qarışdıqdan sonra növbəti hissəni qatın, həmçinin sousun qatılığına da nəzarət edin: yağ nə qədər çox olsa, mayonez bir o qədər qatı olacaq. Bu, zövq məsələsidir, yəni mayonezin nə qədər qatı olmasını əlavə etdiyiniz yağla təyin edin.
Dadını yoxlayın, lazım gələrsə, sirkə, xardal və duz əlavə edin və bir qədər də çalın.
Mayonezə başqa ərzaq da, məsələn, sarımsaq, göyərti, zeytun yağı da əlavə edə bilərsiniz. Ev şəraitində hazırlanan mayonezi soyuducuda 5-6 gün saxlamaq olur.

Mayonez resepti - FOTO RESEPT

Mayonez resepti - FOTO RESEPT

Mayonez resepti - FOTO RESEPT

Mayonez resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qədər, sirkə, xardal, çalın, çimdik, qatın, şəkər, bitki, qatılığına, yağla, təyin, Dadını, sousun, etdiyiniz, mayonezin, nəzarət, mayonez, yoxlayın, məsələsidir
BİZİ İZLƏYİN