Tərkibi:
200 qr duzsuz kərə yağı
Hazırlanması:
Təmizlənmiş kərə yağı (əridilmiş yağ) adi kərə yağının tərkibindən suyun, südlü zülalların və süd şəkərinin təmizlənməsi ilə əldə edilir. Bu cür yağın tərkibində (adi kərə yağından fərqli olaraq) suyun miqdarı az olduğundan onu daha çox saxlamaq olur. Adi ev temperaturunda təqribən 9 ay, soyuducuda isə 15 aya qədər saxlamaq olar.
1. İnqredient - kərə yağı.
2. Az odda yağ əridilir. Üzərində əmələ gələn bütün köpüklər götürülür.
3. Tərkibində olan südlü zülalların dibinə çökməsi üçün, əridilmiş yağ bir müddət kənarda saxlanılır.
4. Sonra ehtiyyatnan üzərindəki şəffaf yağ götürülür. Dibində ağ çöküntü qalır. Reseptdə 200 qr kərə yağından 150 qr təmizlənmiş yağ alındı. Bəzən qızartmalarda bitki yağı əvəzinə bu cür təmizlənmiş kərə yağından istifadə edilir.
Nuş olsun!
Etiketlər: yağından, götürülür, südlü, əridilmiş, saxlamaq, təmizlənmiş, zülalların, edilir, suyun, istifadə, kənarda, çökməsi, müddət, Tərkibində, Üzərində, əridilir, əmələ, gələn, köpüklər, bütün