• Pendir sousu resepti

Reseptin məlumatları Baxış sayı: 17 552

Tarix : 26-03-2016, 21:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
120-130 q çedder, yaxud parmezan (başqası da olar)
600 ml süd
1 x.q. kərə yağı (40 q)
2 x.q. un (40-50 q)
0,5 ç.q. üyüdülmüş muskat cevizi
duz-istiot - zövqə görə

Hazırlanması:
Qazana südü töküb ocağın üzərinə qoyun. Yağ əlavə edin, qızanda tez-tez qarışdıraraq unu əlavə edin. Qaynayanadək qarışdırın ki, lopa qalmasın.
Qaynayan kimi ocağı çox azaldın, qarışdırmağı isə dayandırmayın. Kütlə eynicinsli olanadək - təxminən 4-5 dəqiqə - bu tempdə bişirin.
Əvvəlcədən sürtgəcin xırda gözündən keçirilmiş pendiri, duz-istiot, muskat cevizini əlavə edin, pendir əriyənədək, təxminən 5 dəqiqə, qarışdıraraq bişirin.
Pendir sousunu süfrəyə adətən isti-isti verirlər, çünki soyuyanda qatılaşır.

Nuş olsun!
BİZİ İZLƏYİN