• Qiymə sousu resepti

Reseptin məlumatları Baxış sayı: 21 304

Tarix : 3-07-2016, 14:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 soğan
4 diş sarımsaq
200 qr çəkilmiş ət
1 kök
3 pomidor
2 dəstə reyhan
1 çay stəkanı rəndələnilmiş pendir
duz, istiot

Hazırlanması:
Soğanı soyub kiçik küplər halında doğrayın, sarımsağı əzin.
Zeytunyağını tavada istilədib soğan və sarımsağı əlavə edib qızarana qədər qovurun.
Çəkilmiş ət əlavə edin, suyunu salıb çəkənə qədər batıq atəşdə qovurmağa davam edin.
Kökü təmizləyib rəndələyin.
Pomidorun qabıqlarını soyub yumru halqa halında doğrayın.
Reyhan yarpaqlarını yuyub incə incə doğrayın.
Kökü və pomidoru çəkilmiş ət qarışığına əlavə edin.
Reyhan, duz və qara bibər əlavə edin.
İlıq hala gəlincə üzərinə pendiri səpərək təqdim edin.
Qeyd: Bu sousu makaron və ya plovun yanında təqdim edə bilərsiniz. Pide və çörək üzərinə sous olaraq istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, soyub, sarımsağı, üzərinə, qədər, təqdim, Reyhan, halında, çəkilmiş, soğan, bilərsiniz, yuyub, pomidoru, qarışığına, olsun, yarpaqlarını, halqa, rəndələyin, Pomidorun
BİZİ İZLƏYİN