• İspan üsulu sous resepti

Reseptin məlumatları Baxış sayı: 14 037

Tarix : 30-06-2016, 14:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
125 qr ( 1/ 2 su stəkanından bir az çox ) rəfinə yağ
1 orta boy soğan ( dilimlənmiş )
60 qr yağsız dana əti (incə doğranmış)
60 qr yağsız ham (incə doğranmış)
4 dəstə cəfəri (doğranmış)
90 qr (3/ 4 su stəkanı) un
2500 qr (15 su stəkanı ) ət suyu
2 xörək qaşığı göbələk (doğranmış)
2 qərənfil
2 dəfnə yarpağı
2 su stəkanı ağ şərab
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Hazırlanması:
İspan sousunu, kotlet, tərəvəz, dana əti və yumurtayla süfrəyə təqdim edə bilərsiniz.
Rəfinə yağı orta atəşdə qalın bir qazanda əridib, içinə soğan, yerkökü, dana əti, dana əti və cəfərini əlavə edin.
Üstü qapaqsız olaraq və hərdənbir qarışdıraraq 15 dəqiqə, tərəvəzlər yumşalana qədər bişirin.
Üstünə ununu səpib taxta qaşıqla yaxşıca qarışdıraraq 12-15 dəqiqə un qəhvə rənginə çalana qədər bişirin.
Yavaş-yavaş və davamlı qarışdıraraq ət sununu əlavə, sousu orta atəşdə qaynadın.
Qaynayınca göbələkləri əlavə edin.
Ocağın altını bir az qısıb qərənfil, dəfnə yarpağı, ağ şərab, duz və bibəri əlavə 1 saat, hərdənbir qarışdıraraq dəmləyin .
Dəlikli qaşıqla sousun üstündəki köpük və yağları alın.
Sousu, sügəcdən keçirərək böyük bir qaba tökün.
Süzgəcdə qalan tərəvəzləri bıçağın tərsiylə əzin.
Qazanı çalxalayaraq, sousu təkrar içinə qoyub , ağır atəşdə bişirin.
Sousun üstünə çıxan yağları davamlı dəlikli qaşıqla alın. ( Aşağı yuxarı bütün yağ alındıqdan sonra , sousun rənginin şirin qəhvəyi olması lazımdır)
Lazım gələrsə sosa bir az daha duz və istiot əlavə edin.
Sousu bir sosluğa boşaldıb ət, tərəvəz yada yumurta ilə birlikdə təqdim edin.

Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, qarışdıraraq, atəşdə, stəkanı, qaşığı, qaşıqla, bişirin, hərdənbir, yağları, sousun, təqdim, sousu, dəqiqə, davamlı, qədər, Sousu, tərəvəz, içinə, soğan
BİZİ İZLƏYİN