• Ketçup resepti

Reseptin məlumatları Baxış sayı: 2 865

Tarix : 29-05-2017, 16:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 baş soğan
2 diş sarımsaq
2 şorba qaşığı zeytun yağı
4 ədəd pomidor
Yarım şorba qaşığı bibər tomatı
3 şorba qaşığı sirkə
1 yemək qaşığı şəkər tozu
Dilədiyiniz miqdarda dəniz duzu

Hazırlanması:
Əvvəlcə soğan və sarımsaqları soyun və blendrdan keçirin. Daha sonra soğan və sarımsağın üzərinə bir şorba qaşığı şəkər tozu töküb qazanda rəngi tündləşənə qədər pörtlədin. Pomidorların qabıqlarını soyduqdan sonra doğrayıb robotdan keçirin. Qazana əlavə edib tomatı da tökün və qarışdıraraq qovurun. Sirkə, zeytun yağı və duzu da əlavə edərək, 40 dəqiqə bişirin. Qarışım soyuduqdan sonra şüşə qablara yığıb istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, şorba, sonra, soğan, tomatı, şəkər, keçirin, əlavə, zeytun, qabıqlarını, tökün, robotdan, soyduqdan, doğrayıb, qarışdıraraq, Qazana, dəqiqə, qablara, yığıb, istifadə
BİZİ İZLƏYİN