• Almalı ketçup resepti

Reseptin məlumatları Baxış sayı: 17 796

Tarix : 21-05-2016, 11:00

Bölmə : Souslar / Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq pomidor
0.5 kq alma
250 q soğan
1,5 x.q. duz
1,5 st. şəkər tozu
qırmızı və qara istiot
50 q alma sirkəsi

Hazırlanması:
Pomidorları qaynar suya salıb qabıqlarını soyun, almaları təmizləyin, hamısını xırda doğrayıb qarışdıraraq bişirin. Soğan yumşalanda blenderlə xırdalayın. Sonra yenə ocağın üstünə qoyun. Xoşladığınız qatılığa gələnədək bişirin (təxminən 50 dəqiqə). Qarışdırmağı unutmayın. Sona yaxın duz, şəkər tozu, qara və qırmızı istiot, alma sirkəsi əlavə edib qarışdırın, şəkər tozu həll olanadək bişirin.

Sterilizə edilmiş bankalara yığıb qapağını bağlayın.

Nuş olsun!
Etiketlər: şəkər, bişirin, qırmızı, istiot, sirkəsi, dəqiqə, Qarışdırmağı, unutmayın, qoyun, təxminən, yaxın, qatılığa, gələnədək, Xoşladığınız, olanadək, yığıb, qapağını, bağlayın, olsun, bankalara
BİZİ İZLƏYİN