• Litva mətbəxinə aid soyuq borş resepti

Reseptin məlumatları Baxış sayı: 3 517

Tarix : 31-07-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 orta boy çuğundur
0,5 lt. qatıq
2 orta təzə xıyar
2 yumurta
2 x.q. xama
100 ml. su
Şüyüd
Göy soğan
Duz
İstiot
Yanına servis etmək üçün 2 soyutma kartof

Hazırlanması:
1.Çuğundur qabığı soyulmadan suda bişirilir. Bişmiş və soyumuş çuğundurun qabığını soyaraq sürtkəcdən keçirin.
2.Yumurtanı bərk olana kimi suda bişirin. Bişmiş və soyumuş yumurtanı kubik şəklində doğrayın.
3.Göyərtini xırda doğrayın.
4.Hamısını bir dərin qazana əlavə edin. Üstünə xama, duz, istiot əlavə edin.
5.Qatığı su ilə qarışdırıb qazana tökün. Hamısını yaxşı qarışdırıb soyuducuya 30-40 dəqiqəlik yerləşdirin.
6.Hazır şorbanı bişmiş kartofla servis edin.
Litva borşunu bişmiş kartofla yemək bir adətdir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: Bişmiş, servis, qazana, əlavə, bişmiş, kartofla, doğrayın, qarışdırıb, soyumuş, Hamısını, Qatığı, istiot, dərin, Göyərtini, xırda, Üstünə, yaxşı, Litva, borşunu, yeməklərinizi
BİZİ İZLƏYİN