• Piti resepti

Reseptin məlumatları Baxış sayı: 317

Tarix : 8.09.2019, 12:00

Bölmə : Sulu yeməklər, Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
6 kasa üçün bizə lazım olacaq:
Qoyun əti - 500 qr
Soğan - 2 ədəd
İri pomidor - 1 ədəd
Heyva - 2 ədəd
Noxud - 3 y.q.
Nanə - 2 y.q.

Hazırlanması:
Duz, istiot, üyüdülməmiş qara istiot - zövqə görə

Noxudu 10 saat əvvəldən suda islatmaq lazımdır. 10 saat sonra suyunu süzüb, noxudu yuyuruq. Əti çox da böyük olmayan dilimlərə bölürük, soğanı aypara şəklində, heyvanı kub şəklində doğrayırıq. Sobanı 190C-də qızdırırıq.

Kasalara soğan, ət, heyva və noxudu qoyuruq. Şorba alınması üçün kasanı yarıya qədər doldururuq. Hər bir kasaya 1 stəkan qaynar su töküb, qapaqla örtür və 30 dəqiqəlik sobaya qoyuruq.

30 dəqiqə sonra kasaları sobadan çıxarırıq, iri dilim doğranmış kartofları və kub doğranmış pomidorları əlavə edirik. Zövqə görə duz, istiot vururuq. 40 dəqiqə daha bişiririk.

Şorba kasalarını sobadan çıxarır, doğranmış nanə və qara istiot əlavə edirik. Qapağı 3 dəqiqə bağlı saxlayırıq. Şorbanı süfrəyə lavaşla veririk.

Nuş olsun!

Etiketlər: istiot, dəqiqə, doğranmış, şəklində, noxudu, qoyuruq, sobadan, edirik, əlavə, sonra, Şorba, pomidor, kasaları, çıxarırıq, dilim, kartofları, Soğan, Heyva, sobaya, töküb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN