• Qovurma bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 15 603

Tarix : 30-10-2015, 22:00

Bölmə : Sulu yeməklər / Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
Qoyun əti – 163 q,
quyruq – 20 q,
baş soğan – 72 q,
kartof – 100 q,
şabalıd – 30 q,
təzə alça – 20 q,
və ya quru alça - 10 q,
keşniş – 10 q,
zəfəran - 0,1 q,
istiot,
duz.

Hazırlanması:
Qoyun əti 30-35 q çəkidə doğranır, duz, istiot və baş soğanla yağda qızardılır. Bulyon əlavə edilib bişirilir. Hazır olana 30 dəqiqə qalmış kartof, təmizlənmiş şabalıd, alça qatılıb bişirilir. Süfrəyə verdikdə zəfəran şirəsi və göyərti əlavə edilir. Yay vaxtı zəfəran və alça əvəzinə 50 q qırmızı pomidor götürülür.

Nuş olsun!
Etiketlər: zəfəran, istiot, Qoyun, əlavə, bişirilir, şabalıd, kartof, verdikdə, şirəsi, Süfrəyə, təmizlənmiş, göyərti, qatılıb, vaxtı, pomidor, götürülür, qırmızı, əvəzinə, qalmış, edilir
BİZİ İZLƏYİN