• Küftə bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 17 045

Tarix : 23-06-2016, 13:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
400-500 q çəkilmiş qoyun əti
2 ədəd baş soğan
1 st bişmiş noxud
1/3 st yumru düyü
5 ədəd kartof (küftələrin sayına uyğun kartof olmalıdır)
2 x.q əridilmiş kərə yağı
8-10 ədəd balaca alça turşusu
1 x.q nanə qurusu
1 ç.q zəfəran
Duz
Istiot

Hazırlanması:
Qazana 3l qaynadılmış qaynar su töküb balaca soğanı diri əlavə edirik.(Zövqə görə soğan qoymaya da bilərsiniz) Suya duz tökürük.
Çəkilmiş ətin üstünə 1 ədəd böyük baş soğanı sürtgəcdən keçiririk (soğanla əti bir yerdə ət çəkən maşından keçirmək də olar) duzu və təmizlənib yuyulmuş düyünü əlavə edib yaxşı qarışdırırıq. Ətdən əlimizdə orta ölçülü küftələr hazırlayırıq. Hər küftənin içinə 1 dənə turşu qoyub yumrulayıb qaynayan suya tökürük. (Dənə turşuları içinə və suyuna da tökmək olar) Qaynayanda kəfini yığırıq. Orta odda 15-20 dəqiqə qaynadıqdan sonra qabığı təmizlənib yuyulmuş kartofları yeməyə əlavə edirik. Yemək 20-30 dəqiqə qaynadıqdan sonra bişmiş noxudu əlavə edirik. (Suya qoyulmuş noxud olsa kartofla bərabər tökmək lazımdır)
Kartof tam bişəndə yeməyimiz hazır olacaq. Zəfəranı əvvəlcədən qaynar suda dəm almağa qoyuruq. Bişməyə 10 dəqiqə qalmış zəfəran şirəsini yeməyə əlavə edirik. Bir daha duzuna baxıb duz və istiotunu əlavə edirik.Yeməyi süfrəyə verdikdə üstünə nanə qurusunu tökürük.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, dəqiqə, tökürük, zəfəran, balaca, yuyulmuş, qaynadıqdan, yeməyə, üstünə, soğanı, qaynar, təmizlənib, sonra, kartof, bişmiş, soğan, içinə, tökmək, noxud
BİZİ İZLƏYİN