• Zeytun yağlı quru lobya resepti

Reseptin məlumatları Baxış sayı: 16 122

Tarix : 27-06-2016, 13:00

Bölmə : Sulu yeməklər / Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1.5 su stəkanı qaynadılmış ağ quru lobya
2 pomidor
1 çarliston bibər
1 soğan
2 diş sarımsaq
1 çay qaşığı şəkər
1 qəhvə fincanı zeytun yağı
1 su stəkanı su
yarım limonun suyu
4-5 ədəd cəfəri, duz

Hazırlanması:
Pomidorların qabıqlarını soyub kub şəklində doğrayın.
Çarliston bibərin tumlu qisimini çıxarıb incə incə dilimləyin.
Soğanı doğrayın, sarımsaqları əzin.
Cəfərini yuyub incə incə doğrayın.
Zeytunyağını qazanda istilədib soğan və sarımsağı qızardın.
Çarliston bibəri əlavə qovurun.
Pomidoru əlavə edin və bişənə qədər bişirin.
Qaynadılmış ağ lobyanı süzüb pomidorlu qarışığa əlavə edin.
2-3 dəqiqə qapağı bağlı olaraq bişirin.
Su , limon suyu , duz və şəkər əlavə edib qapağını bağlayın.
Lobya yumşalana qədər bişirin.
Atəşdən götürüb üzərinə qapaq qoyub biraz saxlayın.
Boşqaba qoyub üzərinə doöranmış cəfəri səpin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, doğrayın, qədər, cəfəri, soğan, şəkər, Çarliston, stəkanı, üzərinə, qoyub, Lobya, Zeytun, lobyanı, Qaynadılmış, süzüb, pomidorlu, qarışığa, istilədib, sarımsağı
BİZİ İZLƏYİN