• Kuleş resepti

Reseptin məlumatları Baxış sayı: 12 420

Tarix : 1-04-2017, 12:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
300 q qiymə (mal əti, yaxud toyuq)
1 dolu x.q. suxarı
4-5 kartof
3 x.q. buğda
1 yerkökü
1 baş soğan
duz
istiot (üyüdülmüş və dənəvər)
dəfnə yarpağı

Hazırlanması:
Həcmi 2 l olan qazanda su qaynadın. Qaynayan suya təmizlənib iri kubik doğranmış kartof salıb duz vurun. Kartof bişən müddətdə küftələri hazırlayın.

Qiyməyə suxarı, duz, qara üyüdülmüş istiot vurub qoz boyda küftələr tutun.

Soğanı xırda doğrayın, yerkökünü sürtgəcin orta gözündən keçirin. İkisini də birlikdə bitki yağında qovurun.

Kartof qaynayan qazana küftələri, yuyulmuş buğdanı, qızardılmış soğanla yerkökünü, dəfnə yarpağını və dənəvər istiotu əlavə edin.

Qaynara düşəndən sonra ocağı azaldıb buğda yumşalınca, təxminən 10-15 dəqiqə bişirin.

Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dənəvər, üyüdülmüş, dəfnə, Kartof, yerkökünü, küftələri, istiot, doğranmış, suxarı, kartof, buğda, buğdanı, qızardılmış, soğanla, yarpağını, istiotu, yuyulmuş, qaynayan, bitki, birlikdə
BİZİ İZLƏYİN