• Qaşxəngəli resepti

Reseptin məlumatları Baxış sayı: 3874

Tarix : 5.01.2018, 18:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
1 ədəd soğan
2 ədəd pomidor (və ya 2 ç/q tomat)
1 ədəd (1 diş) sarımsaq
100 qram kərə yağı
1 stəkan (1 kündəlik) un
2 ədəd kartof
1.5 litr su

Hazırlanması:
İlk olaraq bir baş soğanı narın-narın doğrayaraq 100 qram yağda qızardana yaxın, 2 ədəd pomidoru xırda-xırda doğrayıb soğana əlavə etməliyik.
Pomidor qızarana yaxın litr yarım su əlavə edirik.

Su qaynayana yaxın, kartofu xırda-xırda kvadrat şəklində doğrayıb suya əlavə etməliyik.

Kartof bişənə yaxın, kündəni 1 santimetr qalınlığında yayıb, xırda-xırda kvadratlarla doğrayıb qazana əlavə etməliyik.

Xəmiri əlavə edib duz və istiotu zövgə görə tökəndən sonra, 5 dəqiqə qaynadıb qazı söndürüb zövqə görə göyərti əlavə edirik.

Yeməkdən əlavə olaraq, sarımsaq əzilib qatıqla qarışdırılıb süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, yaxın, doğrayıb, etməliyik, olaraq, edirik, sarımsaq, narın, sonra, tökəndən, istiotu, yayıb, qalınlığında, kvadratlarla, qazana, Xəmiri, zövgə, qaynadıb, qatıqla
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN