• Sulu xəngəl (Qaşxəngəli) resepti

Reseptin məlumatları Baxış sayı: 12 777

Tarix : 6-04-2017, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşına 100 q qoyun əti
40 q buğda unu
1 yumurta
25 q noxud (iri)
25 q ərinmiş yağ
yarım baş soğan
üzüm sirkəsi
keşniş və şüyüd
quru nanə
duz/istiot

Hazırlanması:
Ət bişirildikdən sonra sümüklərdən ayrılır, bulyon süzgəcdən keçirilir. Noxud ayrıca qabda soyuq suda3-4 saat isladılır, bulyona əlavə olunub hamsı birlikdə bişirilir.

Un, su və yumurtadan duz vurulmaqla bərk xəmir yoğrulur və 1 mm qalınlığında yayılır. Sonra 2X3 sm ölçüdə dörd künc formada kəsilir və ehmallıca ələkdə silkələnib undan təmizlənirş Sonra qaynar bulyona əlavə olunur. Yağda qızardılmış soğan, xırda xırda doğranmış keşniş şeyed qatılır və hamısı birlikdə bişirilərək tam hazır vəziyətə çatdırılır.

Süfrəyə verməzdən əvvəl xörəyin üzərinə quru nanə səpilir və ayrıca qabda yanına sirkə qoyulur.

QEYD: Ətsiz sulu xəngəldə belə hazırlanır. Bəzən bu xörəyə ətdən xırda küftəciklərdə əlavə edilir.

Nuş olsun!
Etiketlər: xırda, əlavə, ayrıca, qabda, bulyona, keşniş, birlikdə, Sonra, soğan, hamısı, qatılır, şeyed, bişirilərək, hazır, çatdırılır, vəziyətə, doğranmış, qoyun, təmizlənirş, undan
BİZİ İZLƏYİN