• Pomidorlu penne makoronu resepti

Reseptin məlumatları Baxış sayı: 14 247

Tarix : 8-03-2016, 23:00

Bölmə : Tərəvəz yeməkləri / Souslar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket penne makaron,
2 pomidor,
1 soğan,
1 diş sarımsaq,
1 yemək qaşığı tomat,
4 stəkan su,
1\2 zeytun yağı.
Yetərin qədər duz və bibər,

Hazırlanması:
Makaronu duzlu suda bişirib süzün.
Pomidorları küp-küp doğrayın.
Soğan və sarımsağı kiçik- kiçik doğrayın.
Tavaya zeytun yağının yarsını qoyun və üzərinə sarımsaqları əlavə edərək qovurun.
Sonra soğanı əlavə edib qovurun.
Tomatı da əlavə edib qovurun və pomidorları da əlavə edin.
Bir stəkan su əlavə edib bişirin.
Duz və istiotu da əlavə edin.
Qazana zeytun yağı tökün və makaronları da qazana töküb qovurun.
Hazır makaronları servis tabağına alın və üzərinə pomidor sosu əlavə edərək servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qovurun, zeytun, üzərinə, doğrayın, edərək, servis, makaronları, stəkan, kiçik, pomidor, Tomatı, pomidorları, soğanı, bişirin, Sonra, soğan, makaron, istiotu, Qazana
BİZİ İZLƏYİN