• Şokolad qlazurlu banan tortu resepti

Reseptin məlumatları Baxış sayı: 16 921

Tarix : 8-03-2016, 22:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
375 q un
2 ç.q. qabartma tozu
1 ç.q. duz
1 ç.q. darçın
1/4 ç.q. soda
340 q şəkər tozu
120 q kərə yağı
250 q çox yetişmiş bananın püresi
2 yumurta
60 ml + 1 x.q. qatıq
2 x.q. viski, yaxud konyak
1/2 ç.q. vanil

qlazur:
700 q şəkər pudrası
230 q kərə yağı
90 q kakao tozu
1 ç.q. duz
125 ml 20-30%-li qaymaq
3 x.q. viski, yaxud konyak

bəzək:
xırdalanmış qoz

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın.

Un, qabartma tozu, duz, darçın və sodanı qarışdırıb bir qırağa qoyun.
Otaq temperaturunda olan yağla şəkər tozunu çalın. Banan püresini əlavə edib eynicinsli kütlə alınanadək çalın. Yumurtaları bir-bir əlavə edib hər dəfə yaxşıca çalın.
Qatıq, konyak və vanili əlavə edin.
Quru qarışığı mərhələ-mərhələ əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın, sonra 20 saniyə mikserlə çalın.
İki 20 sm diametrli formaya xəmiri töküb 30-40 dəqiqə, korjlar qızılı rəng alanadək bişirin.
10 dəqiqə formada soyudun, sonra formadan çıxarıb tam soyudun.

Qlazur: şəkər pudrası, yağ, kakao və şəkər tozunu çalın (yaş qum kimi olmalıdır). Qaymaqla viski əlavə edib mikserin ən yüksək sürətində 10 dəqiqə çalın.

Korjların hərəsini iki yerə də bölə bilərsiniz. Əgər ortaları şişib yuxarı qalxıbsa, sadəcə kəsib hamarlayın.
Korjların üzərinə qlazur çəkib üst-üstə qoyun, kənarları və üzərinə də qlazur çəkib xırdalanmış qoz səpin.

Nuş olsun!
BİZİ İZLƏYİN