Tərkibi:500 q toyuq filesi
1 x.q. un
duz-istiot
2 baş soğan
4 diş sarımsaq
2 fərqli rəngli bolqar bibəri
400 q pomidor (öz suyunda pomidor konservi də götürmək olar)
2 x.q. tomat pastası (konserv istifadə edcəksinizsə, gərək deyil)
Hazırlanması:Toyuğu yuyub tərəfi 2 sm olan kubiklərə doğrayın. Duz-istiot vurun. Un vurub qarışdırın.
Tavada 2 x.q. bitki yağını qızdırıb toyuq ətini 5-7 dəqiqə qovurun. Bir qaba yığın.
Sarımsağı doğrayın, yaxud əzin.
Soğanı yarımhalqa doğrayın.
Bibəri saman kimi doğrayın.
Pomidorların qabığını soyub 2 x.q. tomat pastası əlavə edərək blenderdə xırdalayın.
Toyuğu qovurduğunuz tavada soğanla sarımsağı 4-5 dəqiqə qovurun. Bibəri əlavə edib daha 5 dəqiqə qovurun.
Toyuq ətini əlavə edin. Pomidor püresini əlavə edin, qaynara düşəndən sonra 20-25 dəqiqə bişirin.
Süfrəyə verərkən üzərinə göyərti səpə bilərsiniz.
Nuş olsun!
Etiketlər: pepperoni, doğrayın, dəqiqə, əlavə, qovurun, Toyuğu, pastası, toyuq, tomat, Bibəri, ətini, istiot, pomidor, blenderdə, edərək, xırdalayın, qovurduğunuz, filesi, tavada, qabığını, yarımhalqa