• Toyuq və göbələklə blinçik piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 13 633

Tarix : 8-02-2017, 21:00

Bölmə : Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 baş soğan
250 q şampinyon
1 x.q. zeytun yağı
2 toyuq filesi
100 q ispanaq
2 dolu x.q. un
1 st. qaymaq
1 st. toyuq bulyonu
duz
istiot
16 nazik blinçik

Hazırlanması:
1,5 st. sürtgəcdən keçirilmiş pendir

Soğanı nazik halqa, göbələyi nazik fal-fal, toyuğu quşbaşı doğrayın.

Zeytun yağını qızdırın. Soğanı 2 dəqiqə, yumşalınca qovurun. Göbələyi əlavə edib qarışdıraraq 8-10 dəqiqə, suyu tam çəkilincə bişirin.

Ocağı azaldın. Un əlavə edib, qarışdıraraq qovurun. Toyuq bulyonu ilə qaymağı əlavə edib qarışdırın. Qaynara düşəndə doğranmış ispanaqla toyuğu əlavə edin. 5 dəqiqə, sous qatılaşanadək qarışdıraraq bişirin. Duz-istiot vurun. Soyudun.

İçdən blinçiklərin arasına qoyaraq bükün, "tikişi" aşağı olmaqla formaya düzün.

Birinci laya 8 blinçik qoyub üzərinə yarım stəkan pendir səpin. Blinçiklərin qalanını düzüb pendirin də qalanını üzərinə səpin.

Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, nazik, bişirin, qarışdıraraq, Soğanı, qalanını, toyuğu, qovurun, səpin, üzərinə, pendir, toyuq, bulyonu, istiot, blinçik, blinçiklərin, Soyudun, düzün, İçdən
BİZİ İZLƏYİN