• Həftəbecər salatı resepti

Reseptin məlumatları Baxış sayı: 43 306

Tarix : 19-09-2014, 10:00

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 kq göy pomidor
1 kq yerkökü
1 kq baş soğan
1 kq göy bibər
1 kq qırmızı bibər
1 kq kələm (istəyə görə)
300 q sarımsaq
300 q acı istiot
duz
2 dəstə cəfəri
2 dəstə keşniş
2 dəstə şüyüd
sirkə

Hazırlanması:
Ərzaqların hamısını yuyub, təmizləyin.
Pomidoru xırda dilimləyin.
Yerkökünü sürtgəcin iri gözündən keçirin (saman kimi).
Kələmi (əgər istifadə edəcəksinizsə) pomidor dilimləri boyda, bibərləri, acı istiotu, sarımsağı, göyərtini xırda, soğanı yarımhalqa doğrayın. Ərzaqları qarışdırıb, duzlayın. Duzunu dadına baxaraq yoxlayın, az olarsa, əlavə edin.
Bir gün ağzıbağlı qabda saxlayın. Sonra kiloluq bankalara basa-basa yığın, öz suyunu üzərinə (banka dolana qədər) tökün. Bankaları iri qazana yığıb, qapaqlarını ağızlarına qoyun, pasterizə edin. Bunun üçün banka yığdığınız qazana soyuq su tökün (bankaların içinə dolmayacaq qədər), qaynara düşəndən sonra 20 dəqiqə qaynadın. Sonra hər bankaya 1 ç.q. sirkə töküb, qapaqlarını bağlayın.

Çıxarıb bankaları başıaşağı qoyun. Bir gün sonra isə soyuq yerə yığın.

Nuş olsun!
Etiketlər: dəstə, banka, sirkə, qapaqlarını, qədər, soyuq, qoyun, qazana, tökün, xırda, yığın, sonra, bibər, Sonra, pomidor, yığıb, əlavə, Bankaları, olarsa, ağzıbağlı
BİZİ İZLƏYİN