• Yağlı bibər turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 3 918

Tarix : 14-05-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq uzunsov bibər ,
1 stəkan sirkə (Üzüm və ya alma),
1 stəkan günəbaxan yağı,
2 yemək qaşığı duz,
1 dolu yemək qaşığı toz şəkər,
Sarımsaq,
cəfəri

Hazırlanması:
1-ci üsul:
Bibərləri təmiz yuyun.
Quruyan bibərləri əllə azcz basdıraraq turşunu qoyacağınız bankaya yığın.
Aralarına bir neçə dənə diş sarımsaq və cəfəri yarpaqları atın.
Bir litrəlik banka hesabına bir su stəkanı yağ, bir stəkan sirkə, duz və şəkər tozu əlavə edib ağzını möhkəm bağlayın.
Bankaları yanı üstə yıxın.
Bu zaman içində bankaların qapaqları əsla açılmaz.
Hər gün nəzarət edilən bankalar gün içərisində bir neçə dəfə hərəkət etdirərək yağ və sirkənin bibərin hər yanına yaxılmış olsun.
Bu işləmi 10-12 gün davam etdirin.
Hazır olan turşuları sərin bir yerdə saxlanaraq istifadə edilir.

2-ci üsul:
Bibərləri təmiz yuyub qurudun.
Bibərləri ortadan ikiyə bölün.
Dərin bir qazanda yağ və sirkəni qataraq qaynadın.
Bibərləri qaynayan yağlı sirkəyəı ataraq azca bişirərək süzün və soyumağa qoyun.
Soyuduqdan sonra duz və şəkəriqataraq bibərlərin üzərinə səpib qarışdırın.
Sarımsaqları iri-iri doğrayıb bibərlərin içinə qatın.
Cəfəri yarpaqlarını da əlavə edin.
Bütün ərzaqları qarışdırın.
Hazırladığınız bibərləri şüşə bankalara yığın.
Kənarda soyuyan yağlı suyu da bibərlərin üzərinə əlavə esdin.
bankaların ağzını möhkəmcə bağlayıb çox günəş görməyən yerdə 10-12 gün saxlayın.
Sürə sonunda rurşu yeməyə hazır olur.

Nuş olsun!
Etiketlər: Bibərləri, bibərlərin, stəkan, əlavə, yerdə, bibərləri, ağzını, yağlı, yığın, təmiz, cəfəri, sirkə, bankaların, qarışdırın, qaşığı, üzərinə, şəkər, yemək, soyumağa, sonra
BİZİ İZLƏYİN