• Közlənmiş qırmızı bibər konservası resepti

Reseptin məlumatları Baxış sayı: 16 930

Tarix : 23-01-2016, 15:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,5 kq qırmızı bibər,
5-6 diş sarımsaq.
1 çay qaşığı toz şəkər,
2 çay qaşığı duz,
1 çay stəkanı zeytun yağı,
1/2 çay stəkanı alma sirkəsi (istəyə bağlı, istifadə etməsəniz də olur),
1/2 dəstə cəfəri.

Hazırlanması:
Əvvəlcə bibərləri təmizləyib yuyun.
Aşsüzəndə suyunu süzməyə qoyun.
Üzərini bıçaqla bir neçə yerindən deşin.
Fırın sinisinə yığıb közlənməyə qoyun.
Közlənən bibərləri bir saxlama qabının içinə yığıb ağzını bağlayın ki, qabıqları asan soyulsun.
Bütün bibərləriniz közlənənə qədər eyni işləmi davam etdirin.
Ağzı bağlı saxlama qabında saxladığınız bibərləri soyub çəkirdəklərini çıxardın.
İstədiyiniz şəkildə doğrayın.
Soyduğunuz bibərləri qətiyyətlə sudan keçirtməyin.
Sudan keçirtmiş olsanız bibərlər köz dadını itirəcəkdir.
Qabın içindəki bibərlərin üzərinə doğradığınız sarımsaqları,duzu,şəkəri ,incə doğranmış cəfərini , zeytun yağını, sirkəni əlavə edib yaxşı-yaxşı qarışdırın.
Bankaları təmiz yuyun.
Sonra banka və qapaqları 2-3 dəqiqəyə yaxın qaynar suda saxlayın.
Sudan çıxardandan sonra təmiz silin ki ,sulu qalmasın.
Hazırladığınız qarışığı bankanın içinə yığın.Ancaq qapaq hissəsini boş qalacaq şəkildə doldurun.
Doldurmuş olduğunuz bankanın qapağını möhkəm bağlayın.
Bu şəkildə 1 kq-lıq 2 dənə banka çıxacaqdır.
Çox istərsənizsə ərzaqları çoxaldaraq çox da bişirə bilərsıniz.
Hazır bankaları soyuduqdan sonra soyuducuda saxlaya bilərsiniz.
Bir hissəsini dondurub da saxlaya bilərsiniz.
Bibərlərin bir hissəsini közləyib sayduqdan və çəyirdəklərini çıxartdıqdan sonra doğramadan bütöv halda dondura bilərsiniz.
Qışda onu istənilən şəkildə istifadə etmək olar.İçinə pendirli qarışım da qoyub məzə kimi istifadə etmək olar. İstərsəniz doğrayıb salat kimi də işlədə bilərsiniz.

Püf nöqtələri:
Bibərləri ocaqda yox ,fırında közləmək istərsinizsə eyni ləzzəti ala bilməzsiniz.
Hətda mümkünsə odun atəşində közləyin ki , dadlı olsun.
Bibərləri közlədikdən sonra qabığını soyarkən, ya da soyduqdan sonra əsla sudan keçirtməyin,bu həm ləzzətindən çalan bir yöntəmdir həm də köz dadını itirməsinə səbəb olur.
Ancaq soyuducuda saxlayın.
Daha artıq qalmağını istiyirsinızsə qapağını bərk bağlayın, tərs çevirib qazana yerləşdirib qaynadın.

Nuş olsun!
Etiketlər: sonra, şəkildə, bilərsiniz, bibərləri, hissəsini, istifadə, bağlayın, keçirtməyin, dadını, Sudan, yığıb, içinə, yaxşı, saxlama, sudan, saxlayın, soyuducuda, saxlaya, etmək, Bibərləri
BİZİ İZLƏYİN