• Dolma bibər turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 17629

Tarix : 19.08.2015, 10:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 kq dolmalıq bibər,
1 orta ağ kələm,
5-6 ədəd uzunsov bibər,
3 pomidor,
2 dənə qırmızı bibər,
3 dənə kök,
30 diş sarımsaq,
Yarım dəstə cəfəri,
60 q duz,
1 litrə su,
3 stəkan sirkə,

Hazırlanması:
Bütün ərzaqları böyük bir qaba yığın.
Bol su ilə yuyun.
Ardından suyun içərisinə 2 stəkan sirkə əlavə edib 1 saat saxlayın.
Dolmalıq bibərlərin içi tamamən təmizlənməli və təkrar yuyulmalıdır ki, tumu qalmasın.
Kökü rəndənin qalın tərəfi ilə rəndələyin.
Cəfəri, sarımsaq və kələmin yarısı incə bir şəkildə doğranmalı.
Pomidor, uzunsov bibər və qırmızı bibərləri fındıq böyüklüyündə doğrayın.
Bibərlər xaric bütün ərzaqları qatın.
Dolmalıq bibərlərin içərisinə hazırladığınız qarışığı doldurun.
Yanlarına isə doğranmayan sarımsaqları əlavə edin.
1 litrə suyun içərisinə 50 q su və 1 stəkan sirkə qatıb dolma bibərlərin üzərinə gəzdirin.
Sonra bankalara yığıb ağzını möhkəm bağlayın.
Turşunun tam hazır olması üçün 1 ay vaxt lazımdır.

Nuş olsun!

Etiketlər: bibər, içərisinə, bibərlərin, stəkan, sirkə, əlavə, suyun, ərzaqları, uzunsov, litrə, Dolmalıq, sarımsaq, qırmızı, doğranmayan, fındıq, Yanlarına, sarımsaqları, böyüklüyündə, hazırladığınız, bütün
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Hesenova
anam ederdi
16 sentyabr 2015 21:26
1
HAMIYA NUS OLSUN!
BİZİ İZLƏYİN