• Qarışıq turşu resepti

Reseptin məlumatları Baxış sayı: 6 791

Tarix : 11-02-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd kök,
5-6 ədəd uzunsov bibər,
2-3 baş sarımsaq,
5-6 ədət yaşıl pomidor,
4-5 ədət qırmızı pomidor,
1 ədəd kiçik kələm,
1 ədəd kərəviz sapı,
1/2 dəstə cəfəri ,
1 çay qaşığı qaya duzu,
1 çorba kaşığı limon tuzu,
1 şorba qaşığı şəkər,
1/2 stəkan sirkə,
1/2 fincan maye yağ,

Hazırlanması:
Tərəvəzləri təmiz-təmiz yuyun.
Yuduğunuz tərəvəzləri çəngəlin yardımı ilə bir neçə yerdən deşin.
Bankaları təmiz yuyun. suyunu qurudun.
Hazırladığınız bankaların içinə təmizlədiyiniz tərəvəzləri sırasıyla düzün.
Tərəvəzlərin arasına iki yerə böldüyünüz sarımsaqları düzün.
Turşu üçün istifadə etdiyiniz suya duzu qaqtıb qaynadın və soyumağa qoyun.
Bu suya limon duzu, sirkə, şəkər əlavə edib qarışdırın.
Bankalara bu suyu tökün.
Üstünə də küf əmələ gəlməməsi üçün maye yağı əlavə edib və banklanın qapağını möhkəm bağlayın.
Sərin bir yerdə 10-15 gün gözləyin .

Nuş olsun!
Etiketlər: təmiz, limon, tərəvəzləri, qaşığı, şəkər, yuyun, əlavə, düzün, sirkə, pomidor, soyumağa, qaynadın, etdiyiniz, arasına, Tərəvəzlərin, böldüyünüz, sarımsaqları, istifadə, Turşu, qaqtıb
BİZİ İZLƏYİN