• Duzlu limon resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 140

Tarix : 2-10-2014, 21:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Duzlu limondan plov, salat, toyuqdan tajin hazırlayarkən istifadə etmək, həmçinin qızardılmış balıqla süfrəyə vermək olar.

Tərkibi:
12 ədəd xırda, mumsuz limon
2 darçın budağı
2 dəfnə yarpağı
7-10 ədəd dənəvər qara istiot
200 q iri dəniz duzu

Hazırlanması:
Limonların yığılacağı bankanı əvvəldən sterilizə etmək lazımdır.

Çalışın, xırda limon seçəsiniz. Əgər üstü mumla örtülüdürsə, fırçanın köməyilə yaxşı-yaxşı yuyun.

Limonların dörd yerə bölün, amma kəsimi dibinədək aparmayın, təxminən limonun 3/4-ü qədər kəsin. Yəni öz aralarında bitişmiş 4 dilim alınsın.
Duzlu limon resepti - FOTO RESEPT


Hər limonun kəsimlərinin arasına 1 ç.q. iri duz (ən yaxşısı, dəniz duzu) səpin, qıraqlarını əlinizlə ortaya sıxın.
Duzlu limon resepti - FOTO RESEPT


Sterilizə edilmiş bankanın dibinə 1-2 ç.q. duz səpin, 1 budaq darçın, dəfnə yarpağı, dənəvər istiot düzün. Sonra limonları sıx-sıx yığın. (Bankada hava qalarsa, tutma qıcqırar).

Bankanı yarısınadək doldurandan sonra dəfnə yarpağı, ikinci darçın budağını, istiot dənələri qoyun, üstünü yenə limonla doldurun. Üstünə təxminən 5 limonun şirəsini sıxın.
Duzlu limon resepti - FOTO RESEPT


Bankanın ağzınadək qaynadılmış soyuq su tökün.
Duzlu limon resepti - FOTO RESEPT


Bankanın ağzını möhkəm bağlayın. Soyuducuda, yaxud soyuq və qaranlıq başqa bir yerdə 1 ay saxlayın. Hərdən bankanı çevirin ki, duz bərabər yayılsın.
Duzlu limon resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yarpağı, istiot, limonun, dəfnə, darçın, yaxşı, limon, təxminən, bankanı, soyuq, dəniz, sıxın, dənəvər, Limonların, xırda, Bankanın, etmək, səpin, dənələri, budağını
BİZİ İZLƏYİN