Tərkibi: 1 kq gülkələmi
1 yerkökü
1 şirin bibər
1 acı istiot
kərəviz kökü və ya budaqları
marinad: 3 st. su
3/4 st. 9%-li sirkə
3/4 st. şəkər tozu
2 ç.q. duz
2 dəfnə yarpağı
dənəvər istiot
Hazırlanması:Gülkələminin budaqlarını ayırın, yuyun, 1,5 litrlik bankaya yığın. Aralarına təmizlənib doğranmış yerkökü, şirin bibər, kərəviz düzün.
Marinad üçün olan ərzağı qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocaqdan götürün, bankadakı tərəvəzin üstünə tökün. Soyudun. 2 gün soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: kərəviz, üstünə, istiot, bibər, şirin, yerkökü, götürün, düşəndə, ocaqdan, qaynara, qarışdırıb, ərzağı, bankadakı, ocağın, qoyun, Soyudun, süfrəyə, bilərsiniz, olsun, sonra