• Kömbə resepti

Reseptin məlumatları Baxış sayı: 14 708

Tarix : 18-06-2019, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket quru maya, yaş maya da ola bilər,
1 su stəkanı ilıq su,
1 su stəkanı süd,
1 su stəkanı qatıq,
1 su stəkanı duru yağ,
1 yumurta,
1,5 şirniyyat qaşığı duz (duzunu özünüz ayarlayın),
aldığı kədər un,

Üzəri üçün:
1 yumurta sarısı,
küncüt ,
çörək otu

Hazırlanması:
Mayanı ilıq suyda əridin.

Ayrı bir qabda süd, qatıq, duru yağ,yumurta və duzu qarışdırıb mayaya əlavə edin. Unu əlavə edib ələ yapışmayan yumşaq bir xəmir əldə edin.

Xəmirin üzərini örtüb 1 və ya 1,5 saata yaxın mayalandırın.

Xəmir mayalanınca fırın sinisini yağlayıb xəmirdən parca qoparıb sininin içində xəmiri böyüdün.(bu aşamada əlinizi xəfifcə yağlaya bilərsiniz)

Üzərinə yumurta sarısı sürüpçəngəllə yağlayıp üzərinə çəngəllə şəkil verin və hər tərəfini çəngəllə deşin . 200 dərəcə fırında bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, stəkanı, sarısı, əlavə, çəngəllə, qatıq, içində, xəmiri, aşamada, əlinizi, böyüdün, qoparıb, sinisini, fırın, yağlayıb, xəmirdən, xəfifcə, parca, sininin, Üzərinə
BİZİ İZLƏYİN