• Xaş-xaşlı çörək resepti

Reseptin məlumatları Baxış sayı: 15 154

Tarix : 6-10-2014, 23:00

Bölmə : Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

7 st. un
50 q yaş maya
1 ç.q. şəkər tozu
3,5 st. su
1,5 ç.q. duz

İç üçün:
1 st. xaş-xaş əzməsi
0,5 st. bitki yağı

Hazırlanması:
Göstərilən ərzaqdan xəmir yoğurub 1 saat saxlayın.

Çörək taxtasının üstünə bitki yağı tökün. Xəmirin hamısını oraya boşaldıb əlinizlə dördbucaq şəklində yayın.
Xaş-xaş əzməsi ilə bitki yağını qarışdırın. Xəmirin üstünə çəkin, bir-birinin üstünə qoyun. Əlinizlə yenə yayın. Uzun tərəfindən iki barmaq qalınlığında şəridlər kəsib burun. Yağlanmış sinidə yanaşı düzün.

20 dəqiqə saxlayıb şişməsini gözləyin. Üzərinə bir yumurta çəkin.

Bıçaqla bir neçə yerə bölün. 200 dərəcə qızdırılmış sobada altı və üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: üstünə, bitki, yayın, çəkin, Xəmirin, yanaşı, düzün, sinidə, dəqiqə, burun, qalınlığında, şəridlər, kəsib, saxlayıb, Yağlanmış, gözləyin, sobada, qızdırılmış, qızaranadək
BİZİ İZLƏYİN