• Fuqas resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 235

Tarix : 14-03-2016, 19:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
25 q yaş maya (yaxud 1 ç.q. quru maya)
1/2 ç.q. duz
1 ç.q. şəkər tozu
220 ml su
1 x.q. zeytun yağı
450 q un (bir az çox da tələb ola bilər)
150 q sürtgəcdən keçirilmiş yarımbərk pendir

Hazırlanması:
Mayanı duzla qarışdırın, şəkər tozu və zeytun yağı, isti su (maksimum 42 dərəcə), tədricən un əlavə edib ələ yapışmayacaq həddə gələnədək yumşaq xəmir yoğurun. Sürtgəcdən keçirilmiş pendir əlavə edib yoğurun. Onu uzun kündə halına salın, üstündə uzunasına yarıqlar qoyun.
Fuqas resepti - FOTO RESEPT

Fuqas resepti - FOTO RESEPT

Fuqas resepti - FOTO RESEPT


Perqament döşənmiş sininin içinə qoyun, üzərinə qida plyonkası çəkin, dəsmal qoyun, 45-60 dəqiqə isti yerdə saxlayın. Xəmir gələndə 200 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə, qızaranadək bişirin.
Fuqas resepti - FOTO RESEPT

Fuqas resepti - FOTO RESEPT


Bu çörəyin tərkibinə başqa ərzaqlar da əlavə edə bilərsiniz: zeytun, qızardılmış soğan və s.

Nuş olsun!
Etiketlər: qoyun, zeytun, əlavə, dəqiqə, yoğurun, dərəcə, keçirilmiş, pendir, şəkər, saxlayın, sininin, Xəmir, içinə, yerdə, gələndə, çəkin, dəsmal, üzərinə, plyonkası, təxminən
BİZİ İZLƏYİN