• Sadə zapekanka resepti

Reseptin məlumatları Baxış sayı: 24292

Tarix : 13.11.2014, 14:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kartof
0,5 kq qiymə
1 baş soğan
100 ml süd
1 yumurta
2 x.q. narın suxarı
2 x.q. bitki yağı
50 q kərə yağı
duz

Hazırlanması:
Kartofu təmizləyib suda bişirin.

Kartof bişənədək qiyməni hazırlayın. Soğanı xırda doğrayıb qızardın. Əti əlavə edib qovurun, suyunu çəkəndən sonra lazım gələrsə, bir qədər də su tökün.

Kartofdan püre hazırlayın: suyunu süzün (dibində azca saxlayın), əzin, qaynar süd və kərə yağı əlavə edib qarışdırın, 1 çiy yumurta vurun, bundan sonra sürətlə qarışdırın ki, yumurta bişib lopa qalmasın.

Formanı kərə yağı ilə yağlayın, kartof püresinin yarısını döşəyin, qiyməni üzərinə qoyub bərabər yayın, azca basın.

Kartof püresinin qalanını üstünə döşəyin, azca basın, hamarlayın. Üzərinə narın suxarı səpin. Hətta bundan sonra yumurta sarısı da çəkə bilərsiniz: parıldayacaq.

180-200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək, təxminən yarım saat bişirin. Hazır zapekanka azca şişəcək.

Uşaqlar üçün belə zapekanka hazırlayanda yaxşı olar ki, bişmiş əti ət maşınından keçirib iç əvəzinə istifadə edəsiniz. Ət sevməyənlər onu göbələk, yaxud pendirlə əvəzləyə bilərlər.

Nuş olsun!


Etiketlər: yumurta, sonra, suyunu, hazırlayın, qiyməni, əlavə, bundan, zapekanka, basın, döşəyin, Kartof, qarışdırın, püresinin, narın, suxarı, kartof, bişirin, üzəri, qızaranadək, yarım
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN