• Pomidorlu tart resepti

Reseptin məlumatları Baxış sayı: 25 316

Tarix : 2-06-2014, 16:59

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qr un
½ çay qaşığı qabartma tozu
100 ml günəbaxan yağı
100 ml ilıq su
150 qr holland pendiri
4 ədəd pomidor
½ xörək qaşığı zeytun yağı
2 çay qaşığı xardal
1 çay qaşığı kəklikotu
1 çay qaşığı duz

Hazırlanması:
Duz, un, qabartma tozunu geniş bir qabda qarışdırın. Unun ortasını açın, içinə yağı və suyu əlavə edin. Xəmir halına gələnə qədər yoğurun. Ehtiyacınız daxilində bir miqdar su və un əlavə edə bilərsiniz. Xəmiri açdıqdan sonra tart qəlibinizə uyğun şəkildə yerləşdirin. Üzərinə xardal sürtün və rəndələnmiş pendir qoyun. Dilimlənmiş pomidorları, zeytu nyağı və ədviyyatları üzərinə səpin. 210 dərəcəlik sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, xardal, qabartma, Üzərinə, sürtün, pendir, rəndələnmiş, şəkildə, sonra, qəlibinizə, uyğun, qoyun, yerləşdirin, zeytu, sobada, dərəcəlik, dəqiqə, bişirin
BİZİ İZLƏYİN