• Ordubad bükməsi resepti

Reseptin məlumatları Baxış sayı: 25 535

Tarix : 9-08-2014, 23:01

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q un
150 q xama
100 q kərə yağı
200 q qoz
1 st. şəkər tozu
1 x.q. bal
1 yumurtanın sarısı
0,5 ç.q. darçın
duz

Hazırlanması:
Kərə yağını 15 dəqiqə çalın. Xama əlavə edib qarışdırın. Ələnmiş un qatıb xəmir yoğurun. Sonra masanın üstünə un səpin, xəmiri üstünə qoyub 5-7 dəqiqə ətləyin.

Təmizlənmiş qozu tavada azca qovurun, sonra ət maşınından keçirib şəkər tozu, bal və darçınla qarışdırın.

Xəmiri hərəsi 300 q olmaqla kündələrə bölün. Hərəsini 5 mm qalınlıqda yayın. Ortasına bərabər qaydada iç qoyub, rulet kimi bükün, qıraqlarını içinə qatlayın.

Üzərinə yumurta sarısı çəkin.

190-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: un yağ yumurta quru maya şəkər tozu duz süd qoz baş soğan duz istiot sarıkök
BİZİ İZLƏYİN