• Kətə resepti

Reseptin məlumatları Baxış sayı: 32 669

Tarix : 29-04-2017, 16:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Anonim


Tərkibi:
Xəmir üçün:
3.5 st un,
200 qr yağ,
200 qr xama,
1 ədəd yumurta + 1 ədəd yumurtanın ağı(sarısı üzərinə),
1 paket vanil,
1 paket qabartma tozu

İçlik üçün:
1 st şəkər tozu,
1 st un,
100 qr yağ

Hazırlanması:
Əvvəlcə yağla unu ovaraq umac edirik. Daha sonra yumurta və smetanı çəngəllə yaxşıca çalırıq. Üzərinə vanil və qabartma tozu əlavə edib, umcla birlikdə xəmir yoğururuq.

İçliyi hazırlamaq üçün un, şəkər tozu qarışdırırıq. Sonra üzərinə kərə yağını qoyub bıçaqla döyməyə başlayırıq. Xırda ovuntu şəklində qarışıq alınana kimi bu prosesi davam etdiririk.

Hazırladığımız xəmiri qalınlığı 0,3 mm olmaqla uzununa yayırıq. Üzərini yağlayıb, içliyi eyni bərabərdə səpirik. Ehtiyala rulet şəklində bükürük və ağzı dilikli bıçaqla kəsirik. Son olaraq üzünə yumurta sarısı çəkib 180 dərəcə qızmış sobada bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, vanil, qabartma, şəkər, paket, şəklində, bıçaqla, sarısı, üzərinə, uzununa, olmaqla, yayırıq, yağlayıb, qalınlığı, Üzərini, Hazırladığımız, prosesi, alınana, davam, etdiririk
BİZİ İZLƏYİN