• Qarabağ kətəsi resepti

Reseptin məlumatları Baxış sayı: 34 975

Tarix : 10-08-2017, 22:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
3 st. un,
2 ədəd yumurta,
50 qr yağ,
2 x.q. şəkər tozu,
1 çimdik duz,
1 x.q. maya,
1 paket vanil,
0.5 st. su (və ya süd)

İçlik üçün:
1 st. un,
1 st. şəkər tozu,
50 qr yağ,
1 paket vanil

Üzəri üçün:
yumurta sarısı

Hazırlanması:
İlk öncə maya, az miqdarda süd və şəkər tozunu qarışdırıb, həll olmağı üçün kənara qoyuruq. Daha sonra mayalı süd və digər ərzaqlarla birlikdə xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə gözlədirik.

Digər tərəfdə un, yağ, vanil və şəkər tozunu qarışdırıb, içlik düzəldirik.

Hazır olmuş xəmiri 3 bərabər kündəyə ayırıb, əlimizlə yayırıq. İçlik qoyub, bükürük. Üzərinə yumurta sarısı çəkirik. Əvvəlcədən qızdırılmış 150-160 dərəcə istilikli sobada 50 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, vanil, tozunu, qarışdırıb, İçlik, sarısı, paket, əlimizlə, ayırıb, yayırıq, qoyub, kündəyə, bərabər, bükürük, xəmiri, Hazır, olmuş, dərəcə, sobada
BİZİ İZLƏYİN