• Bulburqer resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 528

Tarix : 24-08-2014, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6

Şef / Mənbə : Denis Svetov


Tərkibi:
250 q şampinyon
1 ortaboy soğan
2 toyuğun döş əti
1 ç.q. xardal (sous)
4 uzun dilim hisə verilmiş toyuğun döş əti (yaxud bekon)
200 q kartof
50 q yerkökü
1 yumurta
150 q brokkoli (dondurulmuşu daha yaxşı)
50 q bərk pendir
25 q kərə yağı
1 ç.q. un
250 ml süd
150 q ərinmiş pendir (dad qatqısız)
duz və qara istiot

Hazırlanması:
Bulburqer resepti - FOTO RESEPT


Soğanı iri, şampinyonları lay-lay doğrayın.

Orta itilikli ocağın üstə tavanı qoyub 2 x.q. bitki yağını qızdırın, soğan və göbələyi əlavə edib hazır olanadək, təxminən 10 dəqiqə qarışdıra-qarışdıra bişirin.
Bulburqer resepti - FOTO RESEPT


Bu müddətdə hər döş ətini uzununa 2 hissəyə bölün.
Bulburqer resepti - FOTO RESEPT


Üstünə xardal çəkin, duz, istiot vurun. Hisə verilmiş toyuq ətinə bükün.

Çox iti odda tavada 1 x.q. bitki yağını qızdırın, döş ətinin hər tərəfini qızardın, təxminən 5-6 dəqiqə. Boşqaba qoyub üzərinə folqa çəkin.

Kartofu və yerkökünü sürtgəcin xırda gözündən keçirin. Duz vurun, 1 yumurtanı çalıb yarısını əlavə edin və qarışdırın.
Bulburqer resepti - FOTO RESEPT


Brokkolini xırda doğrayın, sürtgəcdən keçirilmiş bərk pendirin yarısını, duz vurub qarışdırın.
Bulburqer resepti - FOTO RESEPT


Sous: Tayqulpda kərə yağını əridin. Un əlavə edib qarışdırın. Qızılı rəng alanda süd əlavə edin, dayanmadan qarışdırın ki, lopa qalmasın. Qaynara düşəndə əridilmiş pendir və sürtgəcdən keçirilmiş pendirin yerdə qalanını əlavə edin, zövqünüzə görə duz vurun, 3-4 dəqiqə bişirib ocaqdan götürün.

Bir tavada 1 x.q. bitki yağını orta itilikdə ocaqda qızdırın. Kartoflu-yerkökülü qarışığın 1/4-ni qoyub yayın. Hisə verilmiş toyuğun döş ətinə bükülmüş fileni ortasına qoyun.
Bulburqer resepti - FOTO RESEPT


Bunun üstünə brokkoli qarışığının 1/4-ni qoyun.
Bulburqer resepti - FOTO RESEPT


1 dəqiqə qızardın. Sonra səliqə ilə çevirin. Bu zaman kartoflu qarışıq filenin kəınarlarını örtməlidir.

Çevirəndən sonra daha 2 dəqiqə bişirin. Salfetlərin üstünə qoyun ki, artıq yağını çəksin. Digər bulburgerləri də eyni qayda ilə hazırlayın. Tavanız böyükdürsə, dördünü də eyni vaxtda bişirə bilərsiniz.

Süfrəyə verərkən boşqaba sous süzün, bulburgeri qoyun, yanına isə göbələklə soğan qızartmasını düzün.
Bulburqer resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: böyükdürsə, dəqiqə, yağını, əlavə, qoyun, qarışdırın, vurun, qoyub, pendir, qızdırın, soğan, toyuğun, verilmiş, bitki, çəkin, bişirin, təxminən, qarışdıra, ətinə, xardal, pendirin
BİZİ İZLƏYİN