• Toyuqlu karri madras resepti

Reseptin məlumatları Baxış sayı: 5 261

Tarix : 19-09-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
300 qr. toyuq filesi
1 baş soğan
1 diş sarımsaq
təzə zəncəfil (zövgə görə)
1 yaşıl çili bibəri
1 ç.q. cirə
1/2 ç.q. quru keşniş
1/2 ç.q. sarıkök
1 ç.q. qırmızı çili (pul bibər)
1 ç.q. karri
1 ç.q. qaram masala (hind ədviyyat qarışımı)
2 pomidor
150 ml. su
3 x.q. günəbaxan yağı

Hazırlanması:
1.Dərin və qalın tavanın içinə günəbaxan yağı tökün. Soğanı xırda kəsib əlavə edin isti yağa. 8 dəqiqə qovurun.
2.Sürtkəcdən keçirilmiş zəncəfil əlavə edin. Sarımsağı xırda kəsib əlavə edin. Çilini xırda kəsib əlavə edin. Hamısını 3 dəqiqə daha qovurun.
3.Qalan ədviyyatları əlavə edin 1-2 dəqiqə qovurun.
4.Toyuğu orta tikələrə kəsib əlavə edin. Hər tərəfli qızardın.
5.Pomidorları kəsib əlavə edin.
6.Üstünə su əlavə edin və yaxşıca qarışdırın. Qaynayanda xodu lap azaldın və 30 dəqiqə bağlı qapaqla bişirin.
7.Altı tutursa birazda su əlavə edə bilərsiniz.
8.Bişmiş yeməyin üstünü təzə keşnişlə bəzəyin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, kəsib, dəqiqə, xırda, qovurun, günəbaxan, zəncəfil, Pomidorları, Üstünə, yaxşıca, qızardın, qarışdırın, tikələrə, Hamısını, Qalan, ədviyyatları, Toyuğu, tərəfli, Qaynayanda, yeməyin
BİZİ İZLƏYİN