Tərkibi:6 kartof,
1 stəkan zeytun yağı,
2 yumurta,
1,5 stəkan un ,
1 paket qabartma tozu,
5 ədəd qurutulmuş pomidor,
10-15 ədəd çəyirdəksiz qara zeytin,
1 yemək qaşığı duz,
1 şirniyyat qaşığı istiot,
Sabah qəhvəaltılarında yemək istəyə biləcəyiniz bütün ərzaqlar bir arada, üstəlik hazırlanması da düşündüyümüzdən pratik.
Hazırlanması:Kartofların qabıqlarını soyun və küp-küp doğrayın.
Doğradıqdan sonra bişirin.
Bişirdiyiniz kartofları bir qaba alın və üzərinə bütün ərzaqları qataraq yaxşıca qarışdırın.
Ərzaqları qarışdırarkən qurudulmuş pomidor və zeytunları ən axıra saxlayın.
Fırın qabını çıxarın, keksin yapışmaması iüçün yağlayıb unlayın.
Ardından qarışığı fırın qabına tökün.
Əvvəlcədən 180 dərəcə qızdırdığınız fırında 20 dəqiqə bişirin. Bu qədər rahat bir qəhvəaltılıq.
İsti-isti servis edin.
Nuş olsun!
Etiketlər: bişirin, pomidor, yemək, bütün, stəkan, qaşığı, qabını, çıxarın, keksin, iüçün, yapışmaması, Fırın, axıra, Ərzaqları, qarışdırın, qarışdırarkən, qurudulmuş, yağlayıb, zeytunları, saxlayın