• Pendirli kartof çubuqları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 969

Tarix : 3-10-2014, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5-6 kartof
1 yumurta
50 q kərə yağı
50 ml süd
3-4 x.q. un
pendir
suxarı

Hazırlanması:
Kartofları bişirin, duz, kərə yağı, süd vurub eynicinsli püre hazırlayın. Soyuyandan sonra 1 yumurta və 3-4 qaşıq un vurub yumşaq xəmir hazırlayın.
Pendirli kartof çubuqları resepti - FOTO RESEPT


Xəmirdən kündələr tutun, yayın. Hər birinin içinə barmaq yoğunluğunda pendir kəsib qoyun, qıraqlarını bükün.
Pendirli kartof çubuqları resepti - FOTO RESEPT


Bunları əlinizlə hamarlayın.

Sonra «çubuqları» narın suxarıya batırın. İstəsəniz, suxarıya küncüt də qata bilərsiniz.
Pendirli kartof çubuqları resepti - FOTO RESEPT


Tavada bitki yağını qızdırın, «çubuqları» hərtərəfli qızardın. Kağız salfetlərin üstünə düzün, yağını çəksin.
Pendirli kartof çubuqları resepti - FOTO RESEPT


Süfrəyə verməzdən əvvəl 15 dəqiqə dinləndirin.
Pendirli kartof çubuqları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: suxarıya, hazırlayın, yağını, «çubuqları», vurub, pendir, yumurta, Tavada, bitki, Sonra, qızdırın, bilərsiniz, küncüt, hərtərəfli, İstəsəniz, narın, batırın, salfetlərin, əvvəl, verməzdən
BİZİ İZLƏYİN