• Əvəlik dolması resepti

Reseptin məlumatları Baxış sayı: 19 420

Tarix : 7-03-2016, 23:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq əvəlik,
3 stəkan bulğur,
1 stəkan düyü,
2 soğan,
2 diş sarımsaq,
200 q qiymə,
Yarım dəstə cəfəri,
Yarım dəstə şüyüd,
1 şirniyyat qaşığı pul bibər,
1 şirniyyat qaşığı istiot,
1 şirniyyat qaşığı nanə,
1 şirniyyat qaşığı cirə,
1şirniyyat qaşığı kəklik otu,
250 q qatıq

Hazırlanması:
Əvəlik xaric bütün ərzaqları plov bişirən kimi bişirin.
Əvəliyin orta hissəsini çıxardın.
Yarpaqlara iç xərcini qoyub bükün.
Dolmaları qazana yığın.
1 silmə şirniyyat qaşığı duz atıb , üzərinə çıxacaq qədər su əlavə edin.
Zeytun yağı və tomatı da tökərək üzərinə bir boşqab çevirin.
Suyunu çəkənə qədər bişirin.
Sarımsaqlı qatıqla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, şirniyyat, Yarım, üzərinə, qədər, bişirin, dəstə, stəkan, çıxacaq, bükün, əlavə, Zeytun, Dolmaları, tomatı, silmə, qazana, yığın, çevirin, birlikdə, servis
BİZİ İZLƏYİN